Fevralın 17-si axşam saatlarında Ukrayna ordusu Qondarma Luqansk Xalq Respublikası ərazisində 2 dəfə atəskəsi pozub.
Ednews Rusiya KİV-nə istinadən xəbər verir ki, məlumatı Atəşkəsə Nəzarət və Koordinasiya Birgə Mərkəzinin Luqansk ofisindən verilib.
Bildirilib ki, günün birinci yarısından etibarən Ukrayna ordusu 29 dəfə Luqansk ərazisini atəşə tutub.
Qondarma Respublikanın Hüquq Mühafizəsi Orqanlarından verilən məlumata görə Ukrayna ordusu ərazini Minsk razılaşmaları ilə qadağan olunan 120 mm.-lik minaatanlardan və atıcı silahlardan istifadə etməklə atəşə tutub.