Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin Rusiya ilə məhbus mübadiləsinə hazır olduğunu bildirib.
Ednews xəbər verir ki, Zelenski mübadilənin hətta sabah gerçəkləşə biləcəyini qeyd edib.
“İnsanların mübadiləsi – bu günümüzün humanitar məsələsidir və bir çox dövlətlərin dəstəyindən asılı olan çox siyasi qərardır”, – Zelenski Davosda videokonfrans vasitəsilə deyib.
“Həqiqətən də bütün dünyanın şəraitdən asılı olmayaraq Rusiyaya yalvarmaması və güzəştə getməməsi vacibdir. Onlar güclü biznes əlaqələri, müəssisələrin bağlanması, neft embarqosu, real sanksiya təhdidləri, biznesin qarşısını almaq kimi mümkün olan istənilən yolla siyasi təzyiqi saxlamalıdırlar. Biz Rusiya hərbçiləri ilə insanlar arasında mübadiləni fəal şəkildə gücləndirə bilərik.
Bizim Rusiya hərbçilərinə ehtiyacımız yoxdur, bizə yalnız öz hərbçilərimiz lazımdır. Biz sabah da mübadilə etməyə hazırıq", - Zelenski bildirib.
Mirvari Əzizova