İsrailin ifrat ekstremistləri dünən Şərqi Qüdsdə bayraq yürüşü keçiriblər. Polislər yürüşə etiraz edən fələstinlilərə 3 min nəfər əməkdaş ilə qarşı gəliblər. Nəticədə 140 nəfər xəsarət alıb.
Ednews xəbər verir ki, yürüşün məqsədi İsrailin 1967-ci ildə "Altı Günlük Müharibə" zamanı əldə etdikləri zəfəri qeyd etmək olub.
İsrail bayraqları ilə Dəməşq qapısına gələn iştirakçılar səhər saatlarında girişi qadağan edilən Məscidül-Əqsaya daxil olublar. Bildirilir ki, qadağanı pozaraq ibadət evlərinə girən 1044 fanatik yəhudi arasında ifrat sağçı İtamar Ben-Qvirin də olub.
Türkiyə Xarici İşlər Nazirliyi İsrail administrasiyasını müqəddəs yerlərdə status-kvonun qorunması üçün lazımi tədbirlər görməyə çağırıb.
Nəzrin Beydiyeva