Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin yenidən Baş nazir vəzifəsinə namizədliyini Dövlət Dumasına təqdim edib.
Ednews xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin məlumat verib.
O qeyd edib ki, əgər deputatlar təşəbbüsü dəstəkləsələr, dövlət başçısı baş nazirin təyin edilməsi haqqında fərman imzalayacaq.
"Qanunvericilik və icra hakimiyyətinin birgə işinin yeni mərhələsi başlayır. Namizədliyin müzakirəsi zamanı parlament üzvləri prezidentin qarşıya qoyduğu bəzi vəzifələrin necə həll olunacağı suallarına cavab almaq istəyirlər.
Bu, ilk növbədə demoqrafik siyasətə, insanların rifahının artırılmasına, çox uşaqlı ailələrə dəstək olmağa və gənclər siyasətinin həyata keçirilməsinə, texnoloji suverenliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın və regionların inkişafına, ölkənin müdafiə qabiliyyətinin artırılmasına aiddir", - spiker əlavə edib.
Xatırladaq ki, mayın 7-də Mixail Mişustinin rəhbərlik etdiyi Rusiya hökuməti Vladimir Putinin fərmanı ilə istefa verib. Bu, prezidentin andiçmə mərasimi ilə bağlıdır, ondan sonra qanunla hökumət istefaya getməlidir.