Bu gün səhər saatlarında Rusiya Kiyevə Xəzər dənizindən Tu-95 strateji bombardmançı təyyarələrindən raketlər atıb.
Ednews xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.
Məlumata görə, raketlərdən biri hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Hərbçilər hava hücumu siqnallarına məhəl qoymamağa çağırıblar.
Xatırladaq ki, bu gün səhər saatlarında Kiyevin Darnitski və Dneprovski rayonlarında bir neçə partlayış baş verib.
Daha sonra raket hücumu nəticəsində bir nəfərin yaralandığı məlum olub.
*12:16
İyunun 5-də səhər saatlarında Kiyevdə bir neçə güclü partlayış baş verib.
Ednews xəbər verir ki, Kiyev şəhər meri Vitali Kliçko paytaxtın raket hücumuna məruz qaldığını açıqlayıb.
Onun sözlərinə görə, partlayışlar Kiyevin Darnitski və Dneprovski rayonlarında baş verib. İlkin məlumata görə, infrastruktun partlaması nəticəsində bir nəfər xəsarət alıb. O, artıq xəstəxanaya yerləşdirilib.
Hadisə yerində xilasetmə işləri aparılır.