İraqda kütləvi iğtişaşlar fonunda küçəyə çıxmaq qadağası tətbiq olunub.
Ednews TRT Haber-ə istinadən xəbər verir ki, Sədr hərəkatının lideri Müqtəda əs-Sədrin tərəfdarları Bağdadda hökumət binalarının və xarici səfirliklərin yerləşdiyi “yaşıl zona”ya daxil olublar, Prezident sarayını ələ keçiriblər.
Etirazlar Müqtəda əs-Sədrin siyasətdən getdiyi ilə bağlı verdiyi açıqlamadan sonra başlayıb.