Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb

Ölkə 10:17 13.05.2025

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyası ilə BP şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. 

Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılmış əlverişli şəraiti qeyd edib, cənab Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğını vurğulayıb.

Tədbirdə həmkarlar ittifaqları sistemində aparılan islahatlar, həyata keçirilən layihələrdən danışılıb, “Kurort” Turizm İnformasiya Mərkəzinin, həmçinin Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti diqqətə çatdırılıb. Bildirilib ki, ittifaq üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicəsi və istirahətinin səmərəli təşkili istiqamətində kompleks tədbirlər görülür.

Vurğulanıb ki, AHİK özəl sektorla əməkdaşlığa xüsusi önəm verir, bu sahədə çalışanların həmkarlar ittifaqlarında birləşməsinə dəstək göstərir. Konfederasiya sədri Əmək və Sosial Münasibətlər Akademiyasında tədrisin keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı görülən işlər barədə məlumat verib, Akademiyada yeni yaradılan İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin artıq müxtəlif sahələr üzrə təlimlər, seminarlar və təcrübə mübadilələri üçün əlverişli platformaya çevrildiyini bildirib.

Tədbirdə həmçinin BP şirkəti ilə Əmək və Sosial Münasibətlər Akademiyası arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti diqqətə çatdırılıb, sənədin qarşılıqlı əlaqələrin güclənməsinə, əməkdaşlığa, faydalı təcrübə mübadiləsinə geniş imkanlar yaradacağı qeyd edilib.

Sonra AHİK-in fəaliyyəti, “Layiqli Əmək Səfirləri”, “Həmkardan həmkara qayğı ilə” və  "AHİK Plus" layihələrindən bəhs edən videomateriallar nümayiş olunub.

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli şirkətin Azərbaycan iqtisadiyyatının, neft-qaz sənayesinin inkişafına verdiyi töhfədən, ölkəmizdə insan kapitalına yönəlmiş təşəbbüslərindən, xüsusilə təhsil və peşə hazırlığı sahəsinə dəstəyindən danışıb, Konfederasiyanın həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.

Sonda Anlaşma Memorandumuna imza atılıb. 

Sənədi Akademiyanın rektoru vəzifəsini icra edən Yusif Ağayev və BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.

Memorandum təhsil və təcrübə proqramlarının təşkili, birgə layihələrin həyata keçirilməsi, innovativ təşəbbüslərin dəstəklənməsi kimi sahələrdə konkret nəticələrə əsaslanmaqla hər iki tərəf üçün faydalı olacaq.

Fatimə Mərdanlı //EDnews 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
"Netflix" astronavtların kosmosa çıxışlarını yayımlayacaq
05:46 01.07.2025
"NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək"
05:19 01.07.2025
Siqaret ömrü qısaldır
04:48 01.07.2025
Bu gündən qohum evliliyi qadağandır
04:15 01.07.2025
Xakerlər Ağ Evi hədələyir
03:31 01.07.2025
ABŞ Kuba ilə bağlı siyasətini sərtləşdirəcək
03:09 01.07.2025
Artıq çəkisi olan polislər idmana cəlb ediləcək
02:34 01.07.2025
Ticarət mərkəzindən 1 300 manatlıq qol saatı oğurlandı
02:01 01.07.2025
Yayda balıq yemək olmaz? -Ekspert danışdı
01:37 01.07.2025
"İnter" Barış Alperi almaq istəyir
01:03 01.07.2025
Hamısı