Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Olqino kəndini azad ediblər.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Ukrayna prezident aparatının müşaviri Aleksey Arestoviç bildirib.
Kənd Xerson vilayətinin şimalında, əvvəllər azad edilmiş Vısokopolyenin yaxınlığında yerləşir.
Vısokopolyedə ukraynalı müdafiəçilər "DXR"in 10-dan çox döyüşçüsünü əsir götürüblər. Arestoviçin sözlərinə görə, Olqinonun cənubunda yerləşən Novopetrovka kəndi rusların əlindədir.
O, əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri daha üç yaşayış məntəqəsini azad edib.
Arestoviç hesab edir ki, Xersona köçmək barədə danışmaq hələ tezdir, lakin Dneprin sağ sahilindəki rus qruplaşması mühasirədədir. Eyni zamanda, düşmənin bərə keçidləri Ukraynanın atəşi altında həyata keçirilir.