Rusiya Ukraynaya yaxın məktəbləri bağlayır - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Rusiya Ukraynaya yaxın məktəbləri bağlayır

Münaqişələr A- A A+
Belqorod vilayətinin Ukrayna ilə sərhəddə yerləşən iki rayonunda məktəblər distant təhsilə keçəcək.
 
Ednews xəbər verir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
 
Rusiya hakimiyyəti Valuysk və Şebekin şəhər rayonlarındakı məktəbləri distant iş rejiminə keçirmək qərarına gəlib. Valuyskda Ukrayna ilə sərhəddən 15 kilometr aralıda yerləşən məktəblər distant işə keçəcək.
 
Hər iki rayonda uşaq bağçalarının iş rejimi də dəyişəcək, orada müntəzəm qruplar təşkil olunacaq.
 
Bu qərarları bölgənin antiterror komissiyası qəbul edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...