İranda hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümünə qarşı etiraz aksiyası başlayıb.
Ednews "Əl Cəzirə"-yə istinadən xəbər verir ki, etirazçılara qarşı çıxmaqda çətinliklə üzləşən polislər gözyaşardıcı qazdan istifadə edib.
Sentyabrın 13-də paytaxta gələn Məhsa Əmini, qardaşı ilə birlikdə metrodan çıxdığı zaman hicab taxma qaydalarını pozduğu üçün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Zorakılığa məruz qaldığı iddiası ilə saxlanılan qız xəstəxanada həyatını itirib.
İran hakimiyyətinin açıqladığı rəsmi versiyaya görə, o, ürək tutmasından dünyasını dəyişib. Onun ölümündən sonra Sekkez və digər şəhərlərdə etiraz aksiyaları başlayıb. Nümayişçilər inzibati binalara toplaşıb, qadınlar etiraz əlaməti olaraq hicablarını çıxarıblar.
Nəzrin Beydiyeva