Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan 13-14 sentyabr döyüşləri ilə bağlı “Əslində nə baş verib və nə etmək lazımdır?” adlı məqaləsi nəşr edilib.
Ednews xəbər verir ki, news.am saytında dərc edilən məqalədə V.Oskanyan yazır:
“Paşinyan 10 noyabr 2020-ci il bəyannaməsi imzalanarkən İlham Əliyevin 3 şərtini qəbul edib. O, şərəf sözü verib və xahiş edib ki, bu 3 şərt bəyannamə mətninə salınmasın, çünki bu onun sonu ola bilər.
Rusiya prezidenti Vladimir Putin isə İlham Əliyevə bu yazılmayan şərtlərin yerinə yetirilməsinə zəmanət verib:
Şərtlər:
a) Qarabağ Azərbaycan torpağı olacaq;
b) Zəngəzur koridoru çəkiləcək;
c) İşğal altındakı anklavlar da daxil sərhədlər demarkasiya və delimitasiya olunacaq.
Oskanyanın fikrincə, 13-14 sentyabr döyüşlərində Kremlin susqunluq nümayiş etdirməsi yalnız Rusiyanın ağır durumu ilə deyil, həm də Putinin “kişi sözü” və qarant məsuliyyəti ilə bağlıdır”.
Xatırladaq ki, 2020-ci ilin noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb.