“Rusiyada qismən səfərbərlik ölkəmizin Ukraynada NATO-nun hərbi potensialı ilə qarşılaşması ilə bağlıdır”.
Ednews xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov LİFE nəşrinə açıqlamasında danışıb.
O xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin çıxışında xüsusi əməliyyat zamanı şərtlərin necə dəyişdiyini bildirib.
“Məhz prezident Putin deyib ki, əslində biz NATO-nun və bizə dost olmayan bir sıra digər ölkələrin hərbi potensialı ilə üz-üzəyik”. Nəşr Peskovun dediklərindən sitat gətirib.
Xatırladaq ki, qismən səfərbərliyə düşən ruslar ölkə daxilində hərəkət edə biləcəklər.