“Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bölmələri tərəfindən guya təxribat törədilməsi barədə yaydığı məlumat tamamilə yalandır və heç bir real əsası yoxdur”.
Ednews xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Yayılan məlumatı qəti surətdə təkzib edirik. Bildiririk ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır» - deyə məlumatda qeyd edilib.