Maşınlarını ataraq Gürcüstanla sərhədə piyada yollananlar başqa maneə ilə üzləşdilər - ednews.net

3 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Maşınlarını ataraq Gürcüstanla sərhədə piyada yollananlar başqa maneə ilə üzləşdilər

Münaqişələr A- A A+

Maşınlarını ataraq Gürcüstanla sərhədə piyada yollanan rusiyalıların Yuxarı Lars keçid məntəqəsinə daxil olmalarına artıq icazə verilmir.

Məlumatda bildirilir ki, skuterlər və velosipedlər də artıq qadağandır. Hazırda sərhədə ancaq maşın və avtobuslarla getmək olar.

Yalnız bütün postları keçənlər və piyada növbəyə duranlar sərhədi piyada keçə bilər.

Xatırladaq ki, Rusiyada sentyabrın 21-də qismən səfərbərlik elan edildikdən sonra rusiyalıların qonşu ölkələrə kütləvi axını başlayıb. Nəticədə quru sərhədlərində (o cümlədən Gürüstanla) kilometrlərlə tıxac yaranıb. Günlərlə yolda qalan sürücülər nəhayət avtomobillərini sataraq, ya da ataraq keçid məntəqəsinə piyada yollanıblar. Bundan sonra Dövlət Dumasının spikeri Vyaçeslav Volodin qismən səfərbərliyə görə ölkədən qaçan rusiyalıların sərhəddə tərk etdikləri avtomobillərin müsadirə olunaraq Ukraynada döyüşməyə yollananların ailələrinə təhvil verilməsini təklif edib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...