ABŞ-da son 30 ildə oldu silahdan ölüm halları 45,5 % artıb.
Ednews Anadolu Agentliyinə istinadən xəbər verir ki, JAMA Network Open tibb jurnalı tərəfindən nəşr olunan bir məqalədə tədqiqatçılar qeyd ediblər ki, Birləşmiş Ştatlarda odlu silahdan ölüm halları son 30 ilin ən yüksək səviyyəsinə çatıb.
Onların araşdırmalarına görə, odlu silahla qətllər ən çox qaradərili insanlar arasında müşahidə edildiyi halda, odlu silahla intihar halları isə 70 yaş və ya yuxarı yaşda olan ağdərili insanlar arasında yaşanır.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatları da 1990-2021-ci illərdə ABŞ-da odlu silahla ölüm hallarının artdığını təsdiq edib.
Tədqiqatçılar 30 il ərzində 1,1 milyondan çox insanın silahla öldürüldüyü, bunun kişilər arasında 952,984 (85,8%) və qadınlar arasında 157,165 (14,2%), qaradərili insanlar arasında 286,075 (25,8%) və ağdərili insanlar arasında 672,132 (60,5%). olduğunu hesablayıblar.
Eyni zamanda təqiqatçılar kişilər və qadınlar, etnik və irqi qruplar arasında odlu silahla ölüm hallarının artmasında fərqlərin daha dərinləşdiyini qeyd ediblər.
Yunis Abdullayev