Donetsk vilayətində hərbçiləri daşıyan yük avtomobili ilə mikroavtobus toqquşub.
Ednews "Unian"a istinadən xəbər verir ki, qəza Şaxtersk-Torez avtomobil yolunda baş verib.
Hadisə nəticəsində 16 nəfər ölüb, daha 4 nəfər isə xəsarət alıb. Yaralananların hərbçilər olduğu bildirilir.
İlkin məlumata görə, mikroavtobusun sürücüsü əks zolağa çıxıb.