Dinc etirazlara qatılan Təbriz Universitetinin üç tələbəsi universitetdən qovulub.
Ednews xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalında məlumat verilib.
Təbriz Universitetinin fəlsəfə ixtisasının tələbəsi Nima Səracian Təbrizi, elektrotexnika fakültəsinin tələbəsi Əli Keşvərgir, material və metallurgiya fakültəsinin tələbəsi Arvin Ebrahimi universitetdən xaric ediliblər.
Hər üç tələbə sentyabrdan başlanan aksiyalarda həbs olunmuş və zorakılığa məruz qalıb. Həbsdən azad edildikdən sonra universitetin mühafizəsi bu üç tələbəni qovmaq məqsədilə universitetə daxil olmalarına mane olub, tələbə vəsiqələrini də cırıb.
Oğuz Ayvaz