Kiyevdə baş verən helikopter qəzası terror hadisəsi ola bilər.
Xəbər verdiyimiz kimi, Ukraynanın paytaxtı Kiyev yaxınlarında baş verən helikopter qəzası nəticəsində biri uşaq olmaqla 14 nəfər həlak olub, 30 nəfər isə yaralanıb, onlardan 10-u azyaşlıdır.
Sabiq ukraynalı diplomat Vladimir Şumaxovun fikrincə bu terror hadisəsi ola bilər. O, bunu "Əl-Cəzirə" telekanalına verdiyi müsahibəsində deyib.
“Bu, insanlığa qarşı törədilmiş növbəti cinayətdir”, - deyə, o, bildirib.
Qeyd edək ki, rəsmi Moskva isə hadisə ilə əlaqəsinin olmadığını açıqlayıb.
Loğman Yunis