“Ukrayna və Rusiya arasında müharibədə həlledici məqam bu ilin yazı və yayın əvvəli olacaq. Bu mərhələdən sonra müharibənin bitmə vaxtı barədə danışmaq mümkün olacaq”.
Ednews xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski delfi.ee-yə müsahibəsində bildirib.
“Müharibədə yaz və yayın əvvəli həlledici olacaq. Əgər Rusiyanın o zamana planlaşdırdığı böyük hücum uğursuz olarsa, bu, Rusiyanın da, Putinin də çöküşünə gətirəcək”, - Skibitski bildirib.
Onun sözlərinə görə, rusların Belarusdan Kiyevə yeni hücumu, eləcə də Ukraynanın cənubunda aktiv döyüşlər az ehtimallıdır, çünki rusları daha çox Krım narahat edir. “Bahar və ya yazın əvvəli arxada qalanda bəlkə də müharibənin sonu haqqında danışa biləcəyik”, - deyə o qeyd edib.
Kəşfiyyatçı-analitik həmçinin hesab edir ki, həlledici və ağır döyüşlərin aparılacağı əsas döyüş meydanı iki region - rusların tamamilə işğal etməyə çalışdığı Donetsk və Luqansk olacaq.
Oğuz Ayvaz