Rusiya ordusu döyüş meydanında olan böyük itkilərlə yanaşı, digər problemlər də yaşayır.
Ednews xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat hesabatında deyilir.
Mənbə yazır ki, Rusiyanın Telegram kanalları son vaxtlar işğalçı orduda spirtli içkilərin istifadəsi ilə bağlı insidentlərin, cinayətlərin və ölümlərin baş verdiyi barədə məlumat yayıb.
Həmçinin qeyd edilir ki, qeyri-döyüş itkilərinin digər səbəbləri silahla pis davranma, yol qəzaları və soyuqdan donmadır.
Ancaq rus komandirləri hesab edirlər ki, əsgərlər arasında əsas problem kütləvi sərxoşluqdur.