Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində açılan atəş nəticəsində erməni hərbi qulluqçusunun ölməsi barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır.
Bu barədə Ednews-a Müdafiə Nazirliyindən bildiriblər.
Məlumatda qeyd edilir ki, bu xəbəri qəti surətdə təkzib edirik.