Serbiyada bir gəncin avtomobildən atəş açması nəticəsində 8 nəfər ölüb, 13 nəfər yaralanıb. Bu, Serbiyada son iki gündə ikinci kütləvi qətl hadisəsi olub.
Ednews rus mediasına istinadən xəbər verir ki, hadisəni törədən şəxsin saxlanılması üçün keçirilən əməliyyata çoxlu polis maşını və helikopter cəlb edilib.
Bildirilib ki, hadisə Mladenovac şəhər icmasının Dubona və Şepşin kəndlərində baş verib. 21 yaşlı Uros B. Dubona məktəbinin həyətində polis əməkdaşı ilə mübahisə edib. Mübahisədən sonra Uros B. evdən odlu silahı götürərək polisi və onun bacısını qətlə yetirib. Daha sonra o, Şepşin kəndində insanları atəşə tutmaqda davam edib. Son məlumata görə, şübhəli şəxs mühasirədə olsa da, polisə təslim olmur və cavab atəşi açır.
Xatırladaq ki, bu hadisədən bir gün öncə Belqradda 14 yaşlı yeniyetmənin məktəbə silahlı hücumu nəticəsində 9 nəfər ölüb.
Nurlana