Meşəli kənd sakini Süleyman Mahmudov və Mail Məmmədov Vaqif Xaçatryanın cinayətlərindən danışıb.
Ednews xəbər verir ki, şahidlər bu barəd Baku Tv-yə danışıblar.
“Meşəli hadisəsində mənim anam da şəhid oldu”,- deyə işgəncələrə məruz qalan azərbaycanlı bildirib.
Qeyd edək ki, iyulun 29-da Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Nurlana Hacıyeva