Beş minə yaxın mülki erməni Rusiya sülhməramlı kontingentinin Qarabağ iqtisadi rayonunda yerləşdiyi yerə çatdırılıb.
Ednews "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, “Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir, təhlükəsizliyin təmin edilməsi və mülki əhaliyə münasibətdə humanitar qanunlara riayət edilməsi istiqamətində davamlı qarşılıqlı fəaliyyət davam etdirilir. Bakı və İrəvanla qarşılıqlı əlaqə saxlanılır".
Qeyd edək ki, bütün təxliyə edilmiş şəxslərə yardım Rusiya xüsusi təyinatlı tibb bölməsinin hərbi həkimləri tərəfindən həyata keçirilir.