Yəmən ABŞ-la müharibəyə hazırdır.
Ednews xəbər verir ki, bu barədə Husi üsyançılarının nümayəndələri İran Dövlət Xəbər Agentliyinə (İRNA) bildiriblər.
"Amerikalılara deyirik ki, Yəmənə qarşı hərəkətləriniz məğlubiyyətlə nəticələnəcək və bütün gücümüzlə sizin qarşınıza çıxacağıq. Bu təcavüzdən sonra Yəmən amerikalıların məzarlığına çevriləcək və onlar regionu rüsvayçılıq içində tərk edəcəklər".
Qeyd edək ki, bu xəbərdarlıq bəyanatı ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Yəməndəki husi üsyançıları ilə əlaqəli hədəflərə cavab zərbəsi endirməsindən sonradır.
Xatırladaq ki, Zərbə qruplaşmanın Qırmızı dənizdəki gəmilərə hücumlarına cavab olaraq həyata keçirilib.
Əkbər