"İsrail qüvvələri Qəzzaya hərbi nəzarət edəcək".
Ednews "Time of İsrael"ə istinadən xəbər verir ki, bu sözləri ölkənin müdafiə naziri Yoav Qallant bildirib.
"Müharibə bitdikdən sonra, hesab edirəm ki, HƏMAS-ın Qəzzaya nəzarət etməyəcəyi tamamilə aydındır. İsrail oraya hərbi nəzarət edəcək, lakin mülki mənada nəzarət etməyəcək".
Gallant həmçinin bildirib ki, İsrail ordusunun İordan çayının qərb sahilindəki Cenin xəstəxanasında keçirdiyi son əməliyyat, İsrail əsgərlərinin terror hücumu hazırladığı iddia edilən 3 fələstinli şəxsi öldürməsi , İordan çayının qərb sahilinin hərbi nəzarətinə nümunədir. “Bu, mümkündür, lakin bu, vaxt aparacaq”, - deyə o, yekunlaşdırıb.
Əkbər