Azərbaycanın dəyişən enerji resursları və yaşıllaşan iqtisadiyyat – İlham Şabanın ŞƏRHİNDƏ

İqtisadiyyat 17:00 21.05.2024

"Azərbaycanda Yaşıl Enerjinin istehsalı sahəsində ciddi işlər görülür. Müxtəlif Yaşıl Enerji layihələri ilə, Azərbaycan özünün alternativ enerji potensialını Avropa bazarına çıxardacaq. Bu enerji sahəsinin inkşafı gələcəkdə xarici neft şirkətlərinin Azərbaycana marağını sarsıda bilər?

Bu məsələyə Avropa və ya başqalarının baxışından öncə Azərbaycanın perspektivindən baxmaq lazımdır. Azərbaycan öz maraqlarını düşünür. Azərbaycanın marağı nədir? Əlində olan resursları kapitala çevirsin.”

Bu fikirləri Ednews-a müsahibəsi zamanı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib. 

Ekspert qeyd edib ki, Yaşıl Enerjiyə qoyulan kapital, ənənəvi enerjiyə qoyulan kapitalı ötüb:

“Misal üçün sənin bu gün əlində evin var. Sən zamanında bu evi satıb qabaq düşməlisən. Biz görürük ki, bu resursların qiyməti iki il bundan qabaq necə idisə, indi daha aşağıdır. Aşağı dediyimiz isə nisbidir. Çünki, beş il qabaq qiymət ilə müqayisədə bu qiymət yüksəkdir. Ona görə də, biz baxıb görürük ki, yaxın 5-6 ildə ənənəvi enerjinin qiyməti kifayət qədər normal olacaq. Deməli biz bu resursu satmalıyıq. 

Biz əsasən 2020-ci ildə, COVİD-19-un başlaması ilə yaşıllıq siyasəti enerji bazarında kifayət qədər önə keçdi. Həm də ilk dəfə Yaşıl Enerjiyə qoyulan kapitalın həcmi ənənəvi enerji sahələrinə qoyulan kapitalı üstələdi. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra belə, biz gördük ki, həm ABŞ-ın, həm də Avropanın siyasəti Yaşıl Enerjiyə yönəlib. Sadəcə nəzərə almaq lazımdır ki, hər il yeni istifadəyə verilən generasiya mənbələrində Yaşıl Enerjinin artım tempi var və ənənəvi enerjini ötür.”

Azərbaycanda işğaldan azad edilmiş ərazilər öz enerji təlabatlarını Yaşıl Enerji ilə ödəyə bilər: 

“Ötən il ilk iri Yaşıl Enerji ilə işləyən elektrik stansiyasını istifadəyə vermişik. Keçən ilin oktyabr ayında Masdar şirkəti ilə Qaradağ Günəş elektrik stansiyası istifadəyə verilib. Təbii ki, biz Avropa və hətta Türkiyə ilə bu sahədə rəqabət apara bilmərik. Sadəcə olaraq ona görə ki, onlar bu sahələrlə fəaliyyətə bizdən əvvəl başlayıblar. 

Azərbaycan energetika sahəsində heç də yerində saymır. Artıq 24 kiçik su elektrik stansiyasını işğaldan azad edilmiş ərazilərdə istifadəyə vermişik. COP29 fəaliyyətə başlayan zaman bu stansiyaların sayı 32 olacaq. Sonrakı illərdə bu say təqribi 50-ə qədər artacaq. Xüsusilə Sərsəng su anbarının üzərində yerləşdirilmiş su elektrik stansiyası Azərbaycanın digər regionlarına enerji ötürəcək. Yəni bu gün biz işğaldan azad edilmiş ərazilərimizi tamamilə Yaşıl Enerji ilə təmin edə bilərik.”

İxrac edilən Yaşıl Enerji ənənəvi enerji sahələrini tamamilə əvəz edə bilərmi?

“Biz indi Ermənistandan başqa 4 qonşu ölkəyə enerji ixrac edirik. Bu ticarətdə qiymətlər dəyişə bilər. Çünki, elektrik enerjisinə təlabat dəyişən havaya görə dəyişir. Havanın yayda çox isti qışda isə soyuq olması enerji balansını hər il dəyişir. Enerjiyə təlabat azalsa, onu bir yerdə tutub saxlamaq olmur. Ona görə də Azərbaycan üçün ən yaxşı variant uzaq bazarlara çıxmaqdır. Düzdür, nəqliyyat xərci çoxalır, ancaq bu yolla daimi bazar əldə etmək olar.”

Screenshot_9.png

 

 

 

Fərid Axund

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Hamısı