Danimarka Ukraynaya yeni hərbi yardım paketini elan edib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Mette Frederiksen məlumat verib.
Məlumata görə, yeni hərbi yardım paketi 195 milyon funt sterlinq dəyərindədir.
Qeyd edək ki, daha əvvəl Danimarkanın müdafiə naziri Troels Lund Poulsen F-16 qırıcı təyyarələrinin yayda Ukraynaya veriləcəyini bildirmişdi.