"Ukrayna hakimiyyəti nəinki 1991-ci il sərhədləri daxilində ölkənin ərazi bütövlüyünü bərpa etməyə, həm də Rusiyanı daxildən məhv etməyə çalışır".
Ednews "Europeanpravdaya" istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov NV ilə söhbətində bildirib. Onun sözlərinə görə, Kiyev öz planlarını həyata keçirmək üçün “hərbi, diplomatik və kəşfiyyat səylərini göstərəcək”.
U"krayna hakimiyyəti bu prosesə öz düşüncələri, silahları, diplomatiyası, eləcə də kəşfiyyatı ilə mümkün qədər töhfə verməlidir, digər hallarda, 24 fevral 2022-ci il səhəri ölkə üçün müntəzəm olaraq təkrarlanacaq", deyə o əlavə edib.
Əkbər