Qəzza zolağında təyyarələrdən buraxılan humanitar yardım qutuları paraşütlərinin açılmaması səbəbindən insanların üzərinə düşüb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Qeyd edilib ki, hadisə Şati qaçqın düşərgəsi və Cela küçəsində qeydə alınıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.