"İsrailin Rəfahdakı əməliyyatı bizim üçün problem ərz etmir, ABŞ-ın "qırmızı xətlərini" keçmir".
Ednews "BBC"ə istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Con Kirbi bildirib.
"ABŞ İsrailin Qəzzanın Rəfah şəhərində genişmiqyaslı işğal əməliyyatlarına başladığı düşüncəsinə inanmır".
Qeyd edək ki, ABŞ Dövlət Departamenti bildirib ki, İsrail ordusunun zərbə ilə bağlı tez və hərtərəfli araşdırma aparmasını diqqətlə izləyir.
Əkbər Novruz