İsrail hərbçiləri Qəzza zolağında 9 ayda apardığı əməliyyatlar zamanı 14 min fələstinli radikalı öldürüb, yaxud saxlayıb.
Ednews xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələrinin quru, hava və dəniz qüvvələri müharibənin məqsədlərinə çatmaq üçün 263 gündür ki, fəaliyyət göstərir. Qoşunlar 14 min terrorçunu məhv edib, yaxud yaxalayıb. Öldürülənlər arasında 6 briqada, 20-dən çox balatyon və təxminən 150 bölük komandiri var”, - deyə bildirilib.