“Hizbullah” döyüşçüləri İsrail ordusunun Hava Hücumundan Müdafiə qüvvələrinin Hayfa şəhərinin qərbindəki Kiryat Eliezer bölgəsindəki bazasına PUA-lar vasitəsilə hücum edib.
EDnews APA- ya istinadən xəbər verir ki, bu barədə qruplaşmanın hərbi informasiya xidmətinin “Telegram” kanalındakı məlumatda deyilir.
“Döyüşçülərimiz tərəfindən buraxılan pilotsuz təyyarələr yer hədəflərini dəqiqliklə vurub və düşmən itki verib”, - mətndə qeyd edilir.