İsrailin Qəzza zolağının mərkəzində humanitar yardım karvanına endirdiyi zərbə nəticəsində 4 nəfər həlak olub.
"EDnews" Əl-Cəzirə telekanalına istinadən xəbər verir ki, İsrail qüvvələri humanitar yardım daşıyan karvanı bombalayıb. Hücum zamanı azı 4 mühafizəçi həlak olub, daha 3-ü isə yaralanıb. Bundan əvvəl İsrailin Qəzza zolağının şimalındakı tibb müəssisəsinə partlayıcı maddələr olan robotlardan istifadə edərək zərbə endirməsi barədə məlumat yayılmışdı. İsrail Müdafiə Qüvvələri HƏMAS-ın təhlükəsizlik komandiri Tarvat Məhəmməd Əhməd Əlbəkin məhv edildiyini bildirib .