Suriyanın Deyr əz-Zor əyalətində İŞİD yaraqlıları ABŞ-nin dəstəklədiyi PKK/YPG terror təşkilatının dayaq məntəqələrini atəşə tutub.
EDnews xəbər verir ki, əyalətin şimalında yerləşən Hatla kəndindəki bir neçə hərbi nəzarət məntəqəsi dağıdılıb. Bununla belə İŞİD silahlıları həmin kənddə yerləşən Əl-Asayiş Daxili Təhlükəsizlik Qüvvələrinin nəzarət-buraxılış məntəqəsinə də ağır silahlarla hücum həyata keçirib.