Litva Ukraynaya dəyəri 5 milyon avro olan 4,5 min PUA verib.
"EDnyus" xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb: “Dronların ilkin partiyası Ukraynaya gəlib və ötən həftənin sonunda təhvil verilib”. PUA-ların növləri və istehsalçısı dövlət göstərilməyib.
İlkin olaraq PUA-nın təhvil verilməsi 2024-cü ilin sonuna planlaşdırılırdı. Hüquqi prosedurların koordinasiyası səbəbindən proses ləngiyib. Bu il Vilnüs Kiyevi hava hücumundan müdafiə texnikası, döyüş sursatları, PUA-lar və onlarla mübarizə sistemləri ilə təchiz etməyi, minalardan təmizləmə üzrə beynəlxalq koalisiyanın fəaliyyətini genişləndirməyi, Ukraynanın müdafiə sənayesinin maliyyələşdirilməsində iştirak etməyi, Ukrayna hərbçilərinin təlimini və onların xəsarətlərdən sonra reabilitasiyasını planlaşdırır.