Suriya ordusu Rakkanın cənubuna doğru irəliləyərək PKK/YPG terror təşkilatının nəzarətində olan 2 neft yatağını ələ keçirib.
"EDnyus" “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Suriya ordusu daha əvvəl Rakkanın cənubundakı Rasafa bölgəsinə daxil olmuşdu. Administrasiya qüvvələri Fəratın qərbindəki Zamle və Əbu əl-Tabat neft yataqlarına nəzarəti ələ keçirib. Terrorçular müqavimət göstərmədən ərazini tərk ediblər.