Myanmanın hərbi xuntası ölkədə dağıdıcı zəlzələdən sonra atəşkəsin elan edilməsinə baxmayaraq, üsyançıların mövqelərinə yenidən zərbələr endirir.
“EDnews” xəbər verir ki , bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunub ki, hərbçilər hava zərbələri endirir və artilleriya atəşi açır.
Xatırladaq ki, aprelin 2-də Myanma hərbçiləri zəlzələdən zərər çəkənlərə humanitar yardım göstərilməsi üçün 20 günlük atəşkəs elan etmişdilər. Çərşənbə axşamı xunta müvəqqəti atəşkəsin aprelin 30-na qədər uzadıldığını bildirsə də, bəzi məlumatlara görə, bu atəşkəs pozulub.
Fatimə Mərdanlı //EDnews