"Eurasia Diary" məlumat verir ki, TASS agentliyinə istinadən məlumat verir ki, Pentaqonun mətbuat katibi Piter Kuk bəyan edib ki, hazırda İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının 3-5 min silahlısı var.
“Başlanan əməliyyat irimiqyaslı olacaq. Hələ ki əməliyyat plan üzrə gedir. Orada olan azsaylı ABŞ hərbçiləri məsləhətçi qismində çıxış edir. Biz onların məruz qaldığı riskləri minimuma endirmək üçün çalışırıq”, deyə P.Kuk bildirib.
Belə ki, o, həmçinin Mosulun böyük şəhər olduğunu və hərbi əməliyyatların uzun müddət davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İŞİD-ə qarşı quru əməliyyatda 60 min hərbçinin iştirakı nəzərdə tutulub. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.