İraq ordusu ötən gün terrorçuların Kərkük şəhərinə hücumundan sonra bu şəhərə nəzarəti tam şəkildə ələ keçirib.
İraqın Əs-Süməriyyə xəbər portalının məlumatına görə, İraqın hərbi rəsmiləri bildiriblər ki, İraq ordusu, xalq və peşmərgə kürd qüvvələri ilə birlikdə şənbə günü Kərkük şəhərində İŞİD ünsürlərinin gizli məkanlarını aşkarlayıb və onların atəşə tutaraq çoxlu sayda terrorçunu məhv edib.
Əməliyyatda 48 İŞİD terrorçusu öldürülüb. İŞİD terror qruplaşmasının Kərkük şəhərinə hücumunda azı 46 nəfər həlak olub, 133 nəfər də yaralanıb.