Bəşər Əsədə məxsus hərbi qüvvələri Suriyanın İdlib vilayətinin Əl-Dana yaşayış məntəqəsindəki bazara və orta məktəb binasına zərbələr endirib.
"Eurasia Diary" Anadoluya istinadən xəbər verir ki, bombardman nəticəsində 11 nəfər həlak olub. Onların əksəriyyəti qadınlar və uşaqlardır, azı 40 nəfər isə xəsarət alıb.
Hazırda dağıntılarr arasından insanların çıxardılması əməliyyatı aparılır.