Mosulun şərqində yerləşən Kərkük bölgəsi tamamilə terrorçu İŞİD-in işğalından azad edilib.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, İraq qüvvələri dünən Kərkükü tamamilə azad edərək Mosulun Bəkr və Ədən bölgələrinə daxil olublar.
Federal polis qüvvələrinin baş qərargahı Neynəvanın cənub istiqamətində bütün ərazilərin azad edilməsindən, Mosul şəhərinə hücuma hazırlıqların getməsindən xəbər verib.
İraqın federal polis qüvvələrinin komandanı general Şakir Cövdət deyib ki, hazırda 1850 kvadrat kilometrdən ibarət olan Mosulun cənub əraziləri iraqlı qüvvələr tərəfindən azad edilib. İraqlı qüvvələr ərazidə 64 kəndi azad ediblər və Neynəva əməliyyatının başlandığı gündən 935 terrorçunu məhv ediblər.