Suriyanın şimalında yerləşən Hələbdə rejim qüvvələrinin mühasirəsi altındakı bölgələrə dünən keçirilən hava hücumlarında 59 nəfərin öldüyü, 137 nəfərin yaralandığı və onlarca adamın dağıntı altında qaldığı bildirilib.
"Eurasia Diary" Anadoluya istinadən xəbər verir ki, Suriyada son 9 gündür Bəşər Əsəd rejimi qüvvələri tərəfindən təşkil olunan və Rus hava qüvvələrinin dəstək verdiyi hücumlarda Hələb şəhər mərkəzinin şərqində 361 mülki vətəndaş həyatını itirib, min 210 nəfər yaralanıb.