Suriyada xüsusi barışıq səyləri üzrə Rusiya mərkəzi ötən saatlar ərzində Hələbin şərqindən səkkiz mindən çox nəfərin çıxdığını bildirib.
Əl-Əhd xəbər portalının məlumatına görə, silahlı şəxslərdən 8079 nəfər ailələri ilə birlikdə Ramusə keçidi vasitəsi ilə Suriyanın Qırmızı Aypara Cəmiyyəti və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəzarəti ilə Hələb şəhərindən çıxıb və bu proses davam etməkdədir.
Rusiya mərkəzi həmçinin bildirib: Avtobusların Hələbin şərqinə ezam olunması, silahlı şəxslərin avtobuslara minmələri və onların çıxışı əməliyyatı gecə-gündüz olaraq uçan pilotsuz vasitə və internetə qoşulmuş kameralar vasitəsi ilə canlı şəkildə izlənilir.