Bakı aeroportunda qatı duman səbəbindən Gəncə Beynəlxalq Hava Limanına yönləndirilən AZAL-ın üç reysi artıq Heydər Əliyev Beynəlxalq Aeroportuna çatıb.
"EDnyus" AZAL-a istinadən xəbər verir ki, Moskva-Bakı, Təl-Əviv-Bakı və İstanbul-Bakı marşrutu üzrə uçuşlar həyata keçirən təyyarələr müvafiq olaraq saat 10:14, 11:27 və 12:49-da Bakıya enib.
Xatırladaq ki, Yanvarın 13-dən 14-nə keçən gecə "Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin İstanbul-Bakı (J2-078), Moskva-Bakı (J2-808) və Təl-Əviv-Bakı (J2-322) reysləri təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən ehtiyat hava limanına yönləndirilib. Daha sonra isə Gəncə Beynəlxalq Hava Limanına yönləndirilən sərnişinlərin daşınması üçün xüsusi reyslə ehtiyat uçuş heyəti göndərilib.