"Vətəndaşların pensiya kapitalından daha tez istifadəsini təklif edirik"

Ölkə 17:05 23.01.2025

Hər birimizə məlumdur ki, hazırda pensiya kapitalı tələbi 40 min 320 manatdır. Yəni vətəndaş yaşa görə əmək pensiyası almaq üçün ya bu məbləğdə kapitala, ya da 25 illik staja malik olmalıdır.

Bəs görəsən, vətəndaş fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalından niyə könüllü formada istifadə edə bilmir? Kapital tələbi azaldıla və ya könüllü istifadə üçün hansısa şərtlər təklif edilə bilərmi? Biz niyə illərlə gözləməliyik ki, sonda bu kapitaldan istifadə edə bilək?

"EDnyus" xəbər verir ki,  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov mövzu ilə bağlı Oxu.Az-a danışıb.

Ekspert bildirib ki, pensiya kapitalının formalaşdırılması və kapital tələbi ilə bağlı məsələlər büdcə müzakirəsində də diqqət mərkəzində olub:

"Kapitala diferensial yanaşma və pensiya kapitalından istifadə ilə bağlı da təkliflərimizi təqdim etmişik. Bir sıra ölkələrdə, o cümlədən, Sinqapurda, ABŞ-də olduğu kimi, pensiya kapitalının müəyyən hissəsinin daha tez istifadə olunmasını təklif edirik. Güman edirik ki, bu, bütövlükdə pensiya kapitalının daha səmərəli istifadəsinə imkan yarada bilər. Eyni zamanda, pensiya kapitalı ilə bağlı tələblərdə keyfiyyət meyarının nəzərə alınmasını təklif edirik. Nəzərə alaq ki, Azərbaycanda pensiya ilə bağlı amnistiya var. 2018-ci il iyulun 1-nə qədər hətta 1 manat pensiya kapitalı olan vətəndaşlarımız 25 il staj və ya pensiya kapitalı olmadan əmək pensiyası almaq hüququna malik olurlar. Bu, ölkə başçısının tapşırığı ilə reallaşan, vətəndaşlarımızın sosial təminatının güclənməsinə xidmət edən ciddi bir amnistiyadır və artıq reallaşır. Bu kontekstdə amnistiyanın olması pensiyaya çıxış imkanlarını xeyli artırıb. Az yığımı olan və ya stajı olmayan vətəndaşlarımız da əmək pensiyası almaq hüququ qazanırlar. Amma bizim təklifimiz ondan ibarətdir ki, burada keyfiyyət meyarları nəzərə alınsın.

4 min və ya 40 min kapitalı olan vətəndaşlarımız eyni məbləğdə, yəni minimum məbləğdə pensiya alırlar. Təklifimiz ondan ibarətdir ki, vətəndaş tələb olunan kapitalın 50 faizdən çoxunu yığıbsa, 50 faizdən yuxarı olan hissə də pensiyada nəzərə alınsın. Hətta həmin vətəndaşın pensiya hüququ amnistiyaya düşsə belə, nəzərə alına bilər. Keyfiyyət meyarı ilə bağlı onu deyə bilərəm ki, çoxuşaqlı ailələr və ya tək olan analar üçün kapital tələbinin azaldılmasını təklif edirik. Bundan başqa, fərqli keyfiyyət meyarlarının tətbiqi də mümkündür. Bu da kapital tələbinin azaldılmasına və daha az kapital ilə nisbətən, diferensial olaraq və keyfiyyət meyarları nəzərə alınmaqla daha çox pensiya əldə edilməsinə imkan yarada bilər".

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Hamısı