Bu gün Xocalı Soyqırımının anım günüdür

Ölkə 00:01 26.02.2025

Xocalı soyqırımı mülki əhaliyə qarşı törədilmiş cinayətlərin ən dəhşətlisidir. Ötən əsrin sonlarında xalqımızın yaşadığı bu faciə əslində insanlığa qarşı idi. Erməni faşistləri Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücum edərək xalqımıza qarşı misli görünməmiş soyqırımı aktını həyata keçirdilər.

“EDnews” AZƏRTAC-a istinadən  xəbər verir ki, bu fikirlər Naxçıvan MR Ali Məclisinin deputatı Xumar Məmmədovanın açıqlamasında yer alıb.

Onun sözlərinə görə, Xocalı şəhəri viran olundu, 613 nəfər amansızcasına qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi naməlum qaldı. Xocalı şəhərində onlarla sosial-məişət obyekti, fərdi yaşayış binası, məktəb, klub, kitabxana, mədəniyyət evi və muzeylər dağıdıldı. Bununla yanaşı, milli-mədəni abidələrimiz məqsədli şəkildə məhv olundu.

Erməni şovinistləri son iki əsrdə Azərbaycanın tarixi torpaqları hesabına reallaşdırmaq niyyətində olduqları mifik “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün xalqımıza qarşı ardıcıl olaraq terror, kütləvi qətl, deportasiya və etnik təmizləmə siyasəti həyata keçirməyə nail oldular. Dünya isə bu ədalətsizliyə səssiz yanaşdı.

Azərbaycan uzun illərdir ki, Xocalı soyqırımı faktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində sistemli şəkildə iş aparır. Bütün dünyanın gözü qarşısında törədilmiş bu dəhşətli cinayətin əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə ölkədə siyasi hakimiyyətə qayıdışından sonra üzə çıxmışdı. 1994-cü ilin fevralında isə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdi.

Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevralın 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.

Qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan və bir sıra digər ölkələr tərəfindən qətliam kimi tanınmış və pislənilmişdi. Hər il fevralın 26-da Xocalı faciəsi qurbanları anılır və beynəlxalq ictimaiyyətin bu hadisəyə diqqət yetirməsi üçün müxtəlif tədbirlər keçirilir. Xocalı soyqırımı beynəlxalq ictimaiyyətdə geniş müzakirə olunan, lakin hələ də tam şəkildə qlobal səviyyədə tanınmayan faciələrdən biridir.

Azərbaycan və diaspor təşkilatları bu hadisənin soyqırımı kimi tanınması üçün müxtəlif diplomatik və hüquqi səylər göstərirlər. Bəzi ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar Xocalı faciəsini soyqırımı və ya qətliam kimi tanıyıb. Bundan əlavə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xocalı qırğını ilə bağlı bir sıra qətnamələr qəbul edib və bu hadisəni insanlığa qarşı cinayət kimi dəyərləndirib.

ABŞ-da bəzi ştatların qanunverici orqanları (Texas, Nyu-Meksiko, Oklahoma, Nyu-Cersi və s.) Xocalı soyqırımını tanıyan qətnamələr qəbul ediblər. Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının mülki əhalisinin ermənilər tərəfindən məhv edilməsini “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər sayıla bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.

Soyqırımı aktının qlobal müstəvidə tanınması istiqamətində "Xocalıya ədalət!" kampaniyası çərçivəsində müxtəlif tədbirlər keçirilir, sənədli filmlər, sərgilər və konfranslar təşkil edilir. “Xocalıya ədalət!” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır. “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start verilmişdir. Məqsəd bu hadisənin daha çox ölkə tərəfindən tanınmasını və beynəlxalq hüquqi müstəvidə müzakirə olunmasını təmin etməkdir.

“Ədalət gec də olsa, qalib gəlir və cinayət heç vaxt cəzasız qalmır. Şanlı Vətən müharibəsindən sonra ərazi bütövlüyümüzün təmin edilməsi ilə nəticələnən lokal xarakterli antiterror tədbirləri zamanı tərksilah olunan separatçılar həbs olunaraq Bakıya gətirildi.

Xalqımıza qarşı çoxsaylı cinayətlərin törədilməsində iştirak etməkdə günahlandırılan Xocalı qatilləri, insan cəlladlarının mühakiməsi "Nürnberq prosesi"nin davamı kimi ədalətli şəkildə aparılır. Harada yaşamasından asılı olmayaraq müstəqilliyimiz, ərazi bütövlüyümüzə qarşı uzanan barmaqlar kəsiləcək. Ölkəmiz yenilməz lideri ilə həyatının ən güclü, ən qüdrətli dövrünü yaşayır. İndi işğalı milli faciə ilə nəticələnən və heç vaxt unudulmayan qan yaddaşımız olan Xocalıda bayrağımız dalğalanır. Tarixi Qələbəmizin memarı Prezident İlham Əliyevin qeyd etdiyi kimi biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi! 26 fevral dəhşətli, faciəvi bir gün kimi heç vaxt bizim yaddaşımızdan silinməyəcək!”, - deyə deputat vurğulayıb.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Suriyanın gerbi dəyişdirildi
08:31 04.07.2025
Cənubi Koreyada yeni baş nazir təyin edildi
08:12 04.07.2025
"Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"
07:47 04.07.2025
14 yaşlı yeniyetmə terrorçular siyahısına salındı
07:32 04.07.2025
Rusiya Əfqanıstandakı taliban hökümətini tanıdım
07:15 04.07.2025
Belçika SEPAH-ı terror təşkilatları siyahısına saldı
07:02 04.07.2025
Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
"Ukraynanın istifadə edəcəyi silahların pulunu Rusiya ödəyir"
04:29 04.07.2025
Kiyev bombalanır
03:17 04.07.2025
"Hizbullah" hərəkatı silahı yerə qoymaq üçün şərtləri açıqladı
02:24 04.07.2025
Vanil niyə yoxa çıxır?
01:22 04.07.2025
ABŞ Avropadakı qoşunlarını ciddi azaldacaq
00:19 04.07.2025
Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
Hamısı