Azərbaycanın Milli Qəhrəmanı İqor Kşnyakinin doğum günüdür

Ölkə 11:17 19.05.2025

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, təyyarə kapitanı İqor İvanoviç Kşnyakinin anadan olmasının 63-cü ildönümü tamam olur.

“EDnews” xəbər verir ki, o, 1962-ci ildə Bakı şəhərində doğulub.

Pilot ixtisası üzrə ilk təhsilini 1982-ci ildə Ryazan vilayətində Sovet İttifaqı Qəhrəmanı Qriqori Taran adına Sasovo Mülki Aviasiya uçuş məktəbində alıb. Həmçinin 1992-ci ildə Rusiya Dövlət Hidrometeoroloji İnstitutunun Meteorologiya fakültəsini bitirib.

1982-ci ildə Yevlax Birləşmiş Aviasiya Dəstəsinin "An-2" təyyarəsinin 2-ci pilotu vəzifəsində əmək fəaliyyətinə başlayıb.

1984-cü il yanvarın 6-dan Zabrat Birləşmiş Aviasiya Dəstəsinin "An-2" təyyarəsinin 2-ci pilotu, 1990-cı ildə Azərbaycan Mülki Aviasiya İdarəsinin "Yak-40" hava gəmisinin 2-ci pilotu vəzifələrində çalışıb. 1994-cü ildə "Yak-40" hava gəmisinin komandiri, 1997-ci ildə Azərbaycan Hava Yollarının (AZAL) "Yak-40" hava gəmisinin kapitanı vəzifəsinə təyin edilib. 1998-ci ildə "Tu-134" hava gəmisinin 2-ci pilotu vəzifəsinə təyin olunur. 2005-ci ildə "An-140" təyyarəsinin kapitanı, 2008-ci ildən etibarən "ATR-42/72" hava gəmisinin kapitanı vəzifəsinə yüksəldilir.

2013-cü il iyunun 3-dən etibarən "Embraer-170/190" təyyarəsi üzrə yenidən təlim kursunu bitirdikdən sonra onun stajçı pilotu vəzifəsinə keçirilib. 2013-cü dekabrın 11-dən etibarən "Azərbaycan Hava Yolları" QSC-nin Uçuşların İstehsalı İdarəsinin Uçuş Xidmətində "Embraer-170/190" təyyarəsinin kapitanı vəzifəsinə təyin edilir.

2020-ci ildə Bakıdan Moskvaya uçarkən Kşnyakinin komandiri olduğu təyyarədə olan sərnişinlərdən birinin halı pisləşib. Kşnyakin təcili eniş edib və sərnişinin həyatı xilas olunub.

Kşnyakinin 15 139 saatlıq uçuş təcrübəsi var idi ki, bunun 11 180 saatı kapitan kimi həyata keçmişdi. Onun da 7 009 saatdan çoxu "Embraer 190" təyyarəsində olub.

Bir oğlu və üç qız övladı var.

O, 2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin kapitanı olub. Təyyarə Rusiya hava məkanında vurulub və Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər olub: 62 sərnişin və 5 ekipaj üzvü. Qəza nəticəsində 29 nəfər sağ qalıb.

İqor Kşnyakin, təyyarənin ikinci pilotu və bir ekipaj üzvü, habelə 35 sərnişin qəza zamanı həyatını itirib. Ekspertlər o və komandası haqqında "tarixə qəhrəmanlar kimi düşüblər" ifadəsini işlədiblər.

29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Kşnyakin İqor İvanoviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Ölümündən sonra "Qızıl Ulduz" medalı ilə təltif olunub.

Fatimə Mərdanlı //EDnews 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
"Netflix" astronavtların kosmosa çıxışlarını yayımlayacaq
05:46 01.07.2025
"NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək"
05:19 01.07.2025
Siqaret ömrü qısaldır
04:48 01.07.2025
Bu gündən qohum evliliyi qadağandır
04:15 01.07.2025
Xakerlər Ağ Evi hədələyir
03:31 01.07.2025
ABŞ Kuba ilə bağlı siyasətini sərtləşdirəcək
03:09 01.07.2025
Artıq çəkisi olan polislər idmana cəlb ediləcək
02:34 01.07.2025
Ticarət mərkəzindən 1 300 manatlıq qol saatı oğurlandı
02:01 01.07.2025
Yayda balıq yemək olmaz? -Ekspert danışdı
01:37 01.07.2025
"İnter" Barış Alperi almaq istəyir
01:03 01.07.2025
Özbəkistan Prezidenti Azərbaycana gəlir
00:34 01.07.2025
Hamısı