“Azercell” danışıq tarifləri ilə bağlı yeni açıqlama verdi

Ölkə 13:19 05.06.2025

“Azercell”in danışıq kartlarının istifadəsi ilə bağlı yeni yanaşması ilə bağlı məlumatlar müzakirələrə səbəb olub. Belə ki, yayılmış məlumatlara əsasən, balansın artırılmasına sərf olunan vəsait məbləğinin həcmi qədər danışıq kartından istifadənin mümkün olacağı, yəni “1 manat – 1 gün” prinsipinin tətbiq ediləcəyi anlaşılır.

Bəs əslində, yeni danışıq tarifləri necə müəyyənləşdiriləcək? Nömrənin aktiv qalması ilə bağlı yeni yanaşma hansı qaydada tətbiq ediləcək və istifadə müddəti necə tənzimlənəcək?

“EDnews” xəbər verir ki, mövzu ilə bağlı “Azercell”dən bildirilib ki, 19 iyun 2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt nömrələrində danışıq kartlarının istifadəsi ilə bağlı yeni yanaşma tətbiq ediləcək.

Qeyd olunub ki, bu dəyişiklik çərçivəsində, balansın mütəmadi şəkildə artırılması zərurəti aradan qaldırılır: “Belə ki, balansda yetərli vəsait olduğu halda tarif paketinin aylıq abunə haqqı balansdan avtomatik çıxılacaq və nömrə 30 gün müddətində ikitərəfli, bu müddətdən sonra isə 90 gün ərzində birtərəfli (yəni müştəri ona gələn zəng və SMS-ləri qəbul edə bilir) olaraq açıq qalmağa davam edəcək”.

Yeni yanaşma hansı üstünlüklərə malikdir?

Məlumata əsasən, yeni yanaşmanın üstünlüyü ondan ibarətdir ki, tarifin istifadə müddəti ərzində abunəçi xəttini ikitərəfli açıq saxlamaqla yanaşı, tarifinin dəqiqə və internetindən tam yararlana biləcək.

“Məsələn, 2 AZN-lik istənilən tarif paketində abunəçiyə ödəniş müqabilində 25 dəqiqə şəbəkədaxili danışıq və 250 MB internet təqdim olunur. Müqayisə üçün qeyd edək ki, dəyişiklikdən öncə bu tariflərdən istifadə edən abunəçinin nömrəsinin 30 gün aktiv qalması üçün minimal 5 AZN, daha uzun müddət üçün isə 10 AZN (60 gün üçün) və 25 AZN (90 gün üçün) yükləməsi tələb olunurdu”, - məlumatda vurğulanıb.

Dəyişiklik hansı müştərilərə şamil olunacaq?

Bildirilib ki, 1 iyul 2025-ci il tarixindən etibarən bütün nominallara (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) dair yeni istifadə müddətləri müəyyənləşdirilib: “Lakin əvvəlki qaydalarda da olduğu kimi kartın istifadə müddəti bitdikdən sonra belə, abunəçinin nömrəsi 90 gün ərzində birtərəfli olaraq açıq qalır (yəni müştəri gələn zəng və SMS-ləri qəbul edə bilir).

Bundan başqa, fakturasız (SimSim) xətt nömrələrinə aid bəzi tariflərə yeni qoşulmalar dayandırılır. Belə ki, abunəçilər üçün daha əlverişli olan alternativ tarif paketlərini (məs. “Supersən”) nəzərə alaraq, aktuallığını itirməkdə olan “Azercellim”, “Bölgə”, “GəncSim”, “Sadə6”, “GəncOl həftəlik”, “GəncOl 6” və “GəncOl 9” tarif paketlərinə 01.07.2025 tarixindən yeni qoşulmalar dayandırılır. Onu da qeyd edək ki, dəyişiklik hazırda bu tariflərdən istifadə edən cari müştərilərə şamil olunmur. 01.07.2025 tarixinə kimi abunəçilər özləri bu paketlərdən imtina edib başqa tarifə keçid etməsələr, yuxarıda sözügedən tarif paketlərindən istifadəyə davam edə biləcəklər”.

“Azercell”in danışıq kartlarının istifadəsi ilə bağlı yeni yanaşması qanunvericiliklə necə tənizmlənir?

Nəticə olaraq bildirilib ki, müvafiq dəyişiklik Abunə Müqaviləsinin şərtlərinə və həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğundur: “Abunə Müqaviləsinin 2.7.-ci maddəsinə əsasən, Tariflər Azercell tərəfindən birtərəfli qaydada, Abunəçini ən azı 30 (otuz) təqvim günü əvvəl, müvafiq hallarda xidmətlərin xüsusiyyətləri, müəyyən müddətləri, bayram və əhəmiyyətli tarixləri, o cümlədən, müəyyən qrup və ya müxtəlif kateqoriya abunəçiləri əhatə edən kampaniya, aksiya və sair tədbirlər ilə əlaqədar isə ən azı 10 (on) təqvim günü əvvəl, abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman isə öz mülahizəsinə əsasən dərhal və ya istənilən an kütləvi informasiya vasitələri ilə bu Müqavilədə müəyyən edilmiş qaydada, xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq, sərbəst şəkildə dəyişdirilə bilər”.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Yaponiyada hələ də atom bombası qurbanları yaşayır
14:30 02.07.2025
İyirmi ştat Tramp administrasiyasına qarşı iddia qaldırıb
14:15 02.07.2025
Azərbaycan Sağlam Şəhərlər Təşəbbüsünə qoşulmaq istəyir
14:00 02.07.2025
Kallas İrəvana niyə getdi? -Səfərin Pərdəarxası
13:45 02.07.2025
FAO 2 milyard dolları toxuma niyə xərcləyir?
13:30 02.07.2025
“Paramount” Trampdan müsahibə almaq üçün 16 milyon dollar təklif edir
13:10 02.07.2025
Əfqanıstan Mərkəzi və Cənubi Asiyanı birləşdirən regional əlaqə mərkəzinə çevrilmək niyyətindədir
13:00 02.07.2025
Xüsusi qayğıya ehtiyacı olan uşaqların I sinfə qəbulu ilə bağlı prosedur açıqlanıb
12:50 02.07.2025
Şimali Kipr Prezidenti Azərbaycana səfərə gəlib
12:42 02.07.2025
İran Prezidenti AEBA ilə əməkdaşlığı müvəqqəti dayandırmaq qərarı verib
12:35 02.07.2025
Şuşada 6-cı ECO biznes forumu keçirilir
12:25 02.07.2025
Somalinin hava limanında hərbi helikopter partlayıb – ölənlər var
12:10 02.07.2025
Baş Prokurorluq: Rusiyada azərbaycanlılara qarşı işgəncələr beynəlxalq hüquq normalarına ziddir
12:00 02.07.2025
"Sonra da təəccüblənirik ki, bizi niyə sevmirlər?" -Ksenya Sobçak "Yekaterenburq Hadisələri" haqqında yazdı
11:42 02.07.2025
“Azeri Light” bahalaşdı
11:27 02.07.2025
İrandan Azərbaycana böyük həcmdə narkotik maddə gətirilməsinin qarşısı alınıb.
11:25 02.07.2025
Niderland şahzadəsi əsgərliyə gedir
11:12 02.07.2025
"Xiaomi"nin elektrik avtomobili satış rekordları qırdı - 3 Dəqiqəyə 200 min sifariş....
10:57 02.07.2025
Aktau qəzasıyla bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər
10:44 02.07.2025
"BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi istefaya getməlidir"
10:42 02.07.2025
Süveyş körfəzində qazma qurğusu batıb
10:36 02.07.2025
“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”
10:27 02.07.2025
Özbəkistan Prezidenti Azərbaycana gəlir
10:21 02.07.2025
Fransa ordusu Seneqaldan çıxır
10:12 02.07.2025
"Rusiya və Azərbaycanın arasındakı dostluq münasibətlərini pozmaq istəyənlər var"
10:04 02.07.2025
"Cəmiyyətdə müsabət dəyişikliyə nail olmaq istəyiriksə,qadınları təhsilə cəlb etməliyik"
09:59 02.07.2025
"Google" külli miqdarda təzminat ödəyəcək
09:54 02.07.2025
"Qadınlarla bağlı planların həyata keçirməsində əsas problem maliyyədir"
09:44 02.07.2025
Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır
09:39 02.07.2025
ECO qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planlar hazırlayıb
09:27 02.07.2025
İsrailin zərbələri nəticəsində 100-dən çox fələstinli həlak olub
09:24 02.07.2025
"Qadının iqtisadi müstəqilliyi olmadan sosial və ictimai müstəqilliyi mümkün deyil"
09:17 02.07.2025
Klublarası dünya çempionatı: "Borussiya" "Real Madrid"lə görüşəcək
09:09 02.07.2025
PKK-nın tərksilah prosesi 10 gün ərzində baş tutacaq
08:54 02.07.2025
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir
08:38 02.07.2025
Öldürülən qardaşlara işgəncə faktları təsdiqləndi
08:17 02.07.2025
Azərbaycan Polisi – 107 illik xidmət və fədakarlıq!
00:01 02.07.2025
"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Hamısı