“Faytonçu” Nazim onu xəstə salan həkimi polisə verdi 62 min dollarımı qaytarsın - FOTOLAR

Mədəniyyət 16:47 23.08.2017

Bir müddət öncə ölüm xəbəri yayılan müğənni “Faytonçu” Nazim Pişyari onu əməliyyatla pis hala salan Elman Əzimov barədə hüquq-mühafizə orqanlarına şikayət edib.

O, polisə müraciət edərək, ona dəyən maddi-mənəvi ziyanın ödənilməsi tələbi ilə iddia qaldırıb. 

“Bu cür həkimlərin qarşısını almaq lazımdır. Mən bu halla üzləşən birinci və sonuncu adam deyiləm. Bu insanı həkimlikdən azad etmək lazımdır. Bu insan öz peşəsi ilə məşğul deyil. Təsəvvür edin, xanəndə pop janrında oxuyur. Praktoloq bu gün cərrahlıq edir. Bu həkim 2 ay kurs keçib, gəlib cərrahlıq edir. Bu həkimlə bağlı polisə müraciət etdim. Mənə dəyən maddi ziyanı qaytarsın. Bütün qəbzlər əlimdədir. Düz 62 min dollar xərcim çıxıb. Bu qədər pulu həkim səhvinə görə xərcləmişəm. Bundan əlavə, mənə dəyən mənəvi ziyanı ödəsin. Nələr çəkdiyimi bir Allah bildi. Mən işimdən, səhnəmdən, qazancımdan qaldım. Bunu kim ödəyəcək?

Mənimlə bərabər doğmalarım - ailəm, anam, qohumlarım əzab çəkdi. Həkim isə etdiyi əməlləri boynuna almır. Deyir, “düz eləmişəm”. Digər ölkələrdə mənə baxan həkimlər isə bunu həkim səhvi kimi qiymətləndirir. Bir sözlə, bütün bunlara görə bir neçə gün öncə hüquq-mühafizə orqanlarına getdim, şikayət ərizəmi yazdım. Artıq bununla vəkilim məşğuldur. Azərbaycanda qanunlar işləyir. Səhv edən insanlar öz cəzasını almalıdır”.

Müğənni onu da əlavə edib ki, 3 ay ərzində 4 dəfə əməliyyat etdirdiyinə görə maddi sıxıntısı olub: “Mən nə kasıb, nə də varlı insanam. Normal durumda olan insanam. Xalqın mənə etimad göstərdiyi, toylara dəvət elədiyi pulla öz əməliyyatlarımı etdirdim. Müəyyən çatışmayan nəsə olanda isə ailəm və bacılarım mənə kömək oldu”.

N.Pişyari xəstəliyinin ilk mərhələsində başına gələnləri danışdı: “Heç bir zaman xəstəliyim olmayıb. Sadəcə, öd kisəmlə bağlı sancılar yaranırdı. Mən də qərara aldım ki, öd kisəmi kəsdirim. USM-də baxan kimi dedilər ki, bu öd kisəsi artıq fəaliyyətini itirib.  Kəsib, götürmək lazımdı. Mən də Elman Əzimov adlı həkimin yanına gəldim. Naşı bir həkim əlinə düşdüm. O da məni necə əməliyyat etdisə, əməliyyat zamanı məni qanaxma götürdü. Fəsadlar yarandı, həkim mənim öd kisəmin yollarını tikdi. Təsəvvür edin ki, ödüm 12 barmaq bağırsağa axmalıdı, amma indi bayıra axır. Həkim səhvinin ucbatından bu hallara düşdüm. Sonradan da mənə dedi ki, sən onkoloji xəstəsən. Təcili mənim kimya terapiya olunacağımı söylədi”.

İfaçı bildirib ki, həkimin bu sözlərini eşidəndən sonra İsrailə yollanmalı olub: “İsrailə getdim, həkimlər baxdılar, güldülər. Dedilər ki, sizə kim deyib ki, siz onkoloji xəstəsiniz? Söylədilər ki, sizi belə əməliyyat etmək olardı? Deformasiyaya uğramış öd kisəsini laparoskopiya ilə əməliyyat etmək olmaz. Bu, həkim səhvidir.

Həkimin digər səhvi də onda olub ki, qanaxma olması barədə məni xəbərdar etməyib. Qanaxma başlayan zaman açıq əməliyyata keçməli idi. Amma keçməyib. Qan hər yanı bürüyüb, ürək də zəifləməyə başlayıb. Həkim də həmin an panikaya düşdüyü üçün qanı saxlamaq üçün hər şeyi tikməyə başlayıb. Öd axarlarımı da tikib. Bir sözlə, onun etdiklərindən sonra İsraildə bir əməliyyat keçirdim. Bakıda həkimin tikdiyini orda aça bilmədilər. Bakıya Surxay doktorun yanına gəldim. O da dedi ki, qardaş, sən Azərbaycanda özünə imdad axtarma. Ya Türkiyəyə, ya da Almaniyaya get. Mən də üz tutdum Türkiyəyə.

Orada 2 əməliyyat etdirəndən sonra Bakıya qayıtdım. Şükürlər olsun ki, indi yaxşıyam. Reabilitasiya dövrünü yaşayıram. O itirdiyim çəkiləri indi yığmağa çalışıram. Təsəvvür edin, 3 ay içində 4 əməliyyat keçirmişəm. 6 saat bir, 4 saat bir, 2 və 1 saat da bir narkozda olmuşam. Çəki itirməyim də buna görədir”.

“Faytonçu” Nazim bir neçə gün öncə mətbuatda ölüm xəbərinin yazılması barədə də danışıb: “Bu xəbər yayılanda mən yatmışdım. Dostlarım yuxudan oyatdılar ki, necəsən? Onlar da mənlə ehtiyatla davrandılar. Dedilər ki, saytlarda yazılanlardan xəbərin var? Söylədilər ki, ölüm xəbərin yayılıb. Bunu eşidən kimi xeyli güldüm. Bu da mənə həmin gün çox müsbət enerji verdi. Bir onu deyə bilərəm ki, ömrüm uzandı. Minlərlə insan mənim üçün təlaşa düşdü. Nə qədər insanlar mənə sosial şəbəkədə yazdılar. Buna görə də həmin insanlara təşəkkürümü bildirirəm ki, mənə diqqət ayırdılar”.(lent.az)

Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Hamısı